`Rusiya üçün sərfəli variant yoxdur` - Zlobin Qarabağdan danışdı


17:50     13 Avqust 2016 nikolay%20zlobin.jpg

"Əgər “dondurulmuş” münaqişə Rusiyaya siyasi mənfəət gətirsə, Rusiya Dağlıq Qarabağ münaqişəsini o halda həll edə bilər. Amma hələlik Rusiya üçün belə bir siyasi variant görünmür".


Femida.az xəbər verir ki, bunu salamnews-a müsahibəsində Vaşinqtonda Qlobal Maraqlar mərkəzinin sədri, rus-amerikalı politoloq Nikolay Zlobin deyib. Onun sözlərinə görə, eyni zamanda Rusiya postsovet məkanında əsas oyunçu olaraq qalmaq üçün çalışır.

“Moskva istəmir ki, başqaları elə hesab etsin ki Rusiya passiv rol oynayır, regiondakı münaqişləri həll etməyə qadir deyil və təşəbbüsü Qərb, ATƏT-in Minsk qrupu, yaxud digər oyunçulara verir. Buna görə də, Rusiya Qarabağ və Dnestryanı münaqişələrin həlli üçün nümayişkəranə addımlar atır.

Hələ Rusiyanın Qarabağ münaqişəsini özünə görə böyük xeyirlə həll etməsi üçün variant yoxdur, yəni münaqişənin həlli iləregionda və dünyada təsirini, siyasi və müdafiə imkanlarını artırmağı. Amma belə bir variantı mən hələ görmürəm”, - politoloq deyib.

Nikolay Zlobin yaxın gələcəkdə Qarabağ münaqişəsində hər hansı irəliləyişin mümkünlüyünə şübhə edir. “Qarabağ münaqişəsinin həllində Qərbin roluna gəldikdə, yenə də ameriklılar üçün münaqişənin həlli faydalı deyil.

Azərbaycanın Rusiya ilə yaxınlaşması və hətta Bakının Avrasiya İttifaqına qoşulmaq istəyi ABŞ-ı Qarabağ məsələsində aktivləşdirə bilər. Lakin ABŞ-ın münaqişənin həllində aşkar marağı yoxdur. Ümumiyyətlə, ABŞ Qarabağ münaqişəsinin nizamlanması danışıqlarına təsadüfi qatılıb. Bütün bu münaqişə müddətində mən Qarabağ qarşıdurmasında ABŞ-ın problemin həllində maraqlı olduğunu göstərən siyasi qüvvələri görməmişəm. Bu məsələdə hələ ABŞ-ın maraqları formalaşmayıb”, - politoloq vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1750